Ölkə çempionatında daha bir baş məşqçini istefaya aparan yol...

4 Fevral 2023 14:20 Kəpəz 929
Ölkə çempionatında daha bir baş məşqçini istefaya aparan yol...

“Kəpəz” 8 oyundu qələbə üzünə həsrətdir.

Komanda sonuncu dəfə 3 xalı “Səbail”lə Gəncədə başa tutan oyunda qazanıb – 3:0.

Azalır həmin zəfərdən 4 ay keçsin.

Arxada qalan müddətdə qərb təmsilçisinin bir neçə dəfə qələbə qazanmaq fürsəti olub.

Məsələn, 9 nəfərlə qalan “Zirə” ilə oyunda qələbə əldən verilib – 2:2.

1 nəfər azlıqda qalan “Sumqayıt” sonda 3 xala sevinən tərəf olub – 0:1.

“Qəbələ” ilə oyunda 2:0-lıq üstünlük yenə sonda 3 xala gətirib çıxarmayıb – 2:2.

Sonuncu pillədə gedən “Səbail”lə görüşdə yenə fanatlar üzülən tərəf oldu – 0:1.

Bəli, kimsə iddia edə bilər ki, nəticələr pis olsa da, ortada yaxşı oyun var axı.

Amma yaxşı oyuna nəsə verən varmı? Təbii ki, yox!

Azarkeşi sevindirmək üçün qələbələr lazımdır. Turnir cədvəlində sonuncu olmamaq üçün də qələbələr lazımdır.

O isə aylardı yoxdur. Qələbələr olmadıq da isə istefa yaxınlaşır.

Məsələn, Bayılda ilk dəfə Tərlan Əhmədova ünvanlanan “İstefa” sədaların eşitdik.

Bu, 51 yaşlı mütəxəsisin gedişinin başlanğıcı da sayıla bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti