Premyer Liqa klubunda YENİ QADAĞA - "Qarabağ"ın üstündə

4 Fevral 2023 13:20 Kəpəz 951
Premyer Liqa klubunda YENİ QADAĞA - "Qarabağ"ın üstündə

Mövsümün ikinci yarısı “Kəpəz” üçün uğursuz start götürüb.

İlk oyunda doğma meydanda “Qəbələ” üzərində 2:0 önə keçən komanda sonradan əla üstünlüyü əldən verincə 1 xala sevinməli oldu – 2:2.

Ötən tur isə “Səbail”lə səfər görüşündə 90 dəqiqə üstün futbol oynayan, bir neçə real qol şansı yaxalayan bölgə klubu yekunda 0:1 hesablı məğlubiyyətə üzüldü.

Tərlan Əhmədovun yetirmələrini bu tur “Qarabağ”la daha ağır sınaq gözləyir.

Bunu fərqində olan baş məşqçi liderlə oyuna daha ciddi yanaşır. Bu səbəbdən Gəncədə matça xüsusi hazırlıq gedir.

Əhmədov ilin ilk oyununda qızıl xalları əlindən qaçıran yetirmələrinə qadağa tədbiq edib.

Belə ki, 51 yaşlı mütəxəssis futbolçulara ağdamlılarla oyun öncəsi mətbuata danışmamaq tapşırığı verib.

Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Qarabağ” görüşü sabah, saat 14:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti