Gəncə futbolunun problemləri: Müzakirə məkanından FOTOLAR

31 Yanvar 2023 19:20 Kəpəz 548
Gəncə futbolunun problemləri: Müzakirə məkanından FOTOLAR

"Gəncə Hüquq və Media Mərkəzi"ndə "Pro" lisenziyalı məşqçilərindən biri olan Etibar İbrahimov Gəncədə futbol azarkeşləri ilə görüş keçirib.

Sportinfo.az xəbər verir ki, görüşdə Gəncə futbolunun, uşaq futbolunun problemləri müzakirə olunub.

Diskussiya xarakterli görüşdə fikir mübadiləsi aparılıb, fanatları maraqlandıran suallar cavablandırılıb.

Gəncə futbolunun problemləri ilə bağlı azarkeşlərin analoji görüşlər keçirilməsi nəzərdə tutulub.

Etibar İbrahimov Azərbaycanın U-19 millisində köməkçi-məşqçi funksiyasını yerinə yetirib. Hindistanın U-19 yığmasında almaniyalı Nikolay Adamın köməkçisi çalışıb.

Bir müddət "Kəpəz"in baş məşqçisi olub. Almaniyanın “Borussiya” (Münhenqladbax), “Ayntraxt Frankfurt”, “Bayer” (Leverkuzen) və Rusiyanın “Zenit” klublarında təcrübə keçib.

Digər Xəbərlər
Xəbər Lenti