“Kəpəz”də növbəti QALMAQAL: “Məgər o. heyəti müəyyənləşdirir, yoxsa taktika seçir?“

29 Yanvar 2023 19:40 Kəpəz 1 620
“Kəpəz”də növbəti QALMAQAL: “Məgər o. heyəti müəyyənləşdirir, yoxsa taktika seçir?“

“Kəpəz”də futbolçularla bağlı təmizləmə arzusuna çatan Tərlan Əhmədov indi də rəhbərlik səviyyəsində islahatların aparılmasını istəyir.

Baş məşqçinin hədəfinə tuş gələn ilk isim Mehman Allahverdiyevdir.

Əhmədov Gəncə publikasının sevilən və uğurlu adamı olan idman direktorunu “Kəpəz”də görmək istəmir.

Səbəb, deyilənə görə, baş məşqçinin Allahverdiyevdən şübhələnməsidir. Mehman bəy indiki komandanın uğur qazanmasını istəmir. Hər halda iddia belədir.

“Kəpəz”in stajlı azarkeşlərindən olan, vaxtilə Tərlan Əhmədovla yaxın münasibəti ilə seçilən Natiq Əsədov “feysbuk” hesabında məlum mövzu ilə bağlı paylaşım edib.

Azarkeşin yazdıqlarını olduğu kimi təqdim edirik:

“Kəpəz” yenə çalxalanır. Özünü hər işlər naziri hesab edən Tərlan Əhmədov klubun İdarə Heyətinin sədri İlqar Nadiridən idman direktoru Mehman Allahverdiyevin müqaviləsinə xitam verilməsini tələb edib.

Səbəb kimi Mehman Allahverdiyevin Tərlan Əhmədovun çempion olmasına maneə törətməsi göstərilir. Ortaya suallar çıxır.

Məgər Mehman Allahverdiyev heyəti müəyyənləşdirir, yoxsa taktika seçir?

2:0 öndə olduğun oyunu qələbə ilə başa vura bilməməyin sənin məşqçilik "bacarığındır”.

Maraq üçün qeyd edək ki, komandanın sabiq futbolçuları Əfran İsmayılov, Rauf Əliyev, Mixeil Erqemlidze və Peyman Keşevarzın müqaviləsinə məhz baş məşqçinin istəyi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti