Tərlan Əhmədovun arzusu çin oldu - O da getdi

27 Yanvar 2023 16:00 Kəpəz 1 505
Tərlan Əhmədovun arzusu çin oldu - O da getdi

"Kəpəz"dən növbəti ayrılıq rəsmiləşib.

Söhbət Gürcüstanlı futbolçu Mixael Ergemlidzedən gedir.

Gürcüstanlı futbolçu ilə uzan sürən danışıqlar müsbət nəticələnib.

Xatırladaq ki, baş məşqçi Tərlan Əhmədov qış fasiləsindən əvvəl onun göndərilməsini istəmişdi.

Sadəcə, "qara siyahı"ya düşən forvardın təzminat istəyi bu ayrılığı ləngidirdi.

Onun müqaviləsi mövsümün sonu bitirdi.

23 yaşlı hücumçu ötən ilin yayından Gəncə təmsilçisində çıxış edir.

O, "Kəpəz" formasında meydana çıxdığı 17 oyunda 3 qol vurmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti