"Xəzər Lənkaran"ın ən tanınmış yetirməsinə görə QARŞIDURMA YARANDI

27 Yanvar 2023 14:40 Kəpəz 1 245
"Xəzər Lənkaran"ın ən tanınmış yetirməsinə görə QARŞIDURMA YARANDI

«Kəpəz»in əsas və əvəzedici komandalarının baş məşqçiləri arasında növbəti problem yaranıb.

Tərlan Əhmədov «Qaradağ Lökbatan»dan ayrılan Elnur Cəfərovun «dubl»a götürülməsinə qarşı çıxıb.

O, vaxtilə «Neftçi»də rəhbərliyi altında oynamış yarımmüdafiəçisinin «Kəpəz-2»də forma geyinməsinin əleyhinədir.

Əsas komandanın çalışdırıcısı bu barədə mövqeyini rəhbərliyə bildirib. Əhmədov Cəfərovun intizamsız futbolçu olduğunu, düşərgədə qarışıqlıq yaradacağını bildirib.

Mərdəanov isə bu fikirlə razılaşmayıb.

Əvəzedicilərin sükançısı «Xəzər Lənkəran»ın yetirməsinə lider gözüylə baxır və karyerasını bitirən Rauf Əliyevdən sonra gəncləri öz arxasınca aparacağına inandığını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti