Tərlan Əhmədovun Qurban Qurbanova çatmasına hələ çox var...

26 Yanvar 2023 00:50 Kəpəz 705
Tərlan Əhmədovun Qurban Qurbanova çatmasına hələ çox var...

Azərbaycan Premyer Liqasının XIX turu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə Gəncədəki 2:2 hesablı heç-heçə 52 yaşlı mütəxəssisin ölkə çempionatında 50-ci bərabərliyi olub.

O, baş məşqçi kimi 4 klubda çalışıb. Əhmədovun rəhbərliyi altında 2014 - 2017-ci illərdə AZAL 31, 2017/18 mövsümündə “Neftçi” 3 heç-heçə edib.

2018-2020-ci illərdə “Şamaxı”da 9 bərabərliyə şahid olan mütəxəssis cari mövsüm “Kəpəz”də 7-ci heç-heçəni izləyib.

Əhmədov Azərbaycan çempionatları tarixində 50 və daha çox qarşılaşmada komandası bir xal qazanan 8-ci baş məşqçidir.

Ən çox sülh Qurban Qurbanovun hesabındadır. Onun komandaları 111 dəfə meydandan bir xalla ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti