"Kəpəz"i Gəncəyə qaytaranlar indi hara qaçıb gizlənib?

25 Yanvar 2023 22:40 Kəpəz 1 113
"Kəpəz"i Gəncəyə qaytaranlar indi hara qaçıb gizlənib?

“Kəpəz” mövsümün əvvəli ev oyunlarını doğma şəhərdə yox, fərqli məkanlarda keçirmək məcburiyyətində qalmışdı.

Belə ki, qərb təmsilçisi rəqiblərini öncə Mərdəkanda yerləşən “Dalğa Arena”da, sonra isə Qəbələ şəhər stadionunda qəbul edirdi.

Səbəb isə Gəncə şəhər stadionun qəzalı vəziyyətdə olması idi.

Amma acınacaqlı mənzərə 10-cu tura kimi davam etdi.

Yerli publikanın böyük narazılığını görüncə, qadağa qərarın verən qurumlar bir qədər gec də olsa geri addım atmağa məcbur oldu.

Nəhayət, “Neftçi” ilə 10-cu turun ev matçının Gəncə şəhərində keçirilməsi qərara alındı. Lakin ev oyunlarına maksimum 3000 tərəfdar buraxılması şərti ilə.

İlk başdan sayın az olduğu fikirləri vardı. 25000 tutumu olan futbol məbədinə daha çox fanatın buraxıla biləcəyi iddia olunurdu.

Arxada qalan turlar isə tam fərqli mənzərəni ortaya qoymaqdadır.

Düzdü, bəzi oyunlarda say məhdudiyyəti fanatların arenadan çöldə qalmasına səbəb olub. Bunu bütün oyunlara isə əsla şamil etmək olmaz.

Heç çox uzağa getmək də lazım deyil. Qış fasiləsindən sonra Tərlan Əhmədovun yenilənmiş drujinası 2 gün əvvəl “Qəbələ” ilə görüşdə ilin ilk matçına çıxdı.

Kifəyət qədər güclü rəqiblə gərgin keçən görüşü tribunalarda bilirsiz nə qədər tərəfdar izləyib? Cəmi 450 nəfər!

Məsələn, mövsümün ilk ev qarşılaşması "Dalğa Arena"da "Zirə"yə qarşı olub və tribunlarda 400 azarkeş yer alıb. Mərdəkan və Gəncə arasındakı fərq vur-tut 50 nəfərdi.

Maraqlıdır, həftələrlə “Kəpəz”in evinə dönməsi üçün narazılıq edən, 3000 sayda azarkeşin buraxılacağı ilə bağlı şərt qoyulanda etiraz edən minlərlə “Kəpəz” sevər indi hardadır?

Yerli publikanın cavabı maraqlı olardı...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu