Braziliyalı bu hərəkətlə gəncəliləri özündən çıxardı, sonra… VİDEO

25 Yanvar 2023 21:20 Kəpəz 991
Braziliyalı bu hərəkətlə gəncəliləri özündən çıxardı, sonra… VİDEO

Premyer Liqanın 1-cu turu çərçivəsində “Kəpəz” doğma meydanda “Qəbələ”ni qəbul edib – 2:2.

Oyunun axırına yaxın, qonaqlar bərabərləşdirəndən sonra “qırmızı-qaralar”ın braziliyalı yarımmüdafiəçisi Felipe Santos intizamsızlığa yol verib.

“97 nömrə” komandası qol vurunca, gəncəli azarkeşlərin yer aldığı sektora tərəf gələrək, onlara qıcıqlandırıcı əl jesti edib.

Çılğın gəncəli fanatlar Felipeni fitə basandan sonra baş hakim Elçin Məsiyev epizoda müdaxilə etmək məcburiyyətində qalıb. Referi Santosu sarı vərəqə ilə cəzalandırıb.

Məsiyev bu qərarı ilə Gəncə publikasının alqışını qazanıb. Braziliyalı isə qəzəbli şəkildə tribunalara baxıb.

HƏBİB

Möhtəşəm anların görüntülərini birlikdə izləyək:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti