“Kəpəz” Premyer Liqada qalacaq - Bir səhv iki düzü aparsa da

25 Yanvar 2023 17:40 Kəpəz 904
“Kəpəz” Premyer Liqada qalacaq - Bir səhv iki düzü aparsa da

Premyer Liqada qalmaq uğrunda mübarizə «Kəpəz»i qorxutmamalıdır.

Düzdür, hələ təhlükəli zonada yer alırlar, ancaq mənə elə gəlir ki, bu, müvəqqəti haldır.

Üç-dörd tur ötsün, «Kəpəz» yavaş-yavaş turnir cədvəlində yuxarıya doğru irəliləyəcək.

Bəndəniz də bu inamı Gəncə stadionun spesifik havası yaradıb. Buranı gəlib görən istənilən rəqib auradan başa düşür ki, qələbə qazanması asan olmayacaq, xal itirmək ehtimalı daha realdır.

O gün «Kəpəz»də əhval-ruhiyyə gözəldirsə, qonaq komandanın heç bir şansı yoxdur. Tərlan Əhmədov taktiki səhvlərə yol verməsə əgər. Bax, o, dünən bu səhvi etdi, «Qəbələ» də məğlubiyyətdən qaçdı.

«Kəpəz» birinci hissəni ələ keçirdi, qol epizodları yaratdı, penaltidən də olsa, iki dəfə fərqləndi. «Qəbələ»ni meydandan «silib-süpürmüşdülər».

Gözləyirdim ki, «Kəpəz» fasilədən sonra da öz oyun ritmindən və üslubundan qopmayacaq, qollarının davamını gətirəcək.

Əhmədov nə fikirləşdisə, paltardəyişmə otağında nə tapışırıq verdisə, «Kəpəz» son 45 dəqiqədə topun önündə getmədi, topun arxasınca düşdü.

«Yuvarlaq meşin»i «Qəbələ»lilərə verib, 2:0-ı qoruya biləcəklərini güman etdilər. Yanlış yanaşma korladı hər şeyi.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!