"Kəpəz"də yeni transferlə bağlı MARAQLI QƏRAR

22 Yanvar 2023 23:00 Kəpəz 1 031
"Kəpəz"də yeni transferlə bağlı MARAQLI QƏRAR

"Kəpəz" yeni transferi Mario Mustapiçlə bağlı maraqlı qərar verib.

Belə ki, bölgə klubu ötən ilin oktyabr ayında transferini rəsmi açıqladığı qolkiperin maaşını bu ilin yanvar ayından ödəməyə başlayacaq.

Arxada qalan 3 aya görə isə Marioya bir qəpik də verilməyəcək.

Buna səbəb futbolçununun sənədlərində çıxan problem üzündən ötən ilin son 3 ayında yeni komandasına kömək edə bilməməsi olub.

23 yaşlı futbolçu qərb təmsilçisinin məşqlərinə qoşulsa da, sabiq klubu "Rudes" onun sənədlərini vermək istəmirdi. Bu da onun xidmətindən istifadəni mümkünsüz edirdi.

Problem yalnız qış fasiləsində öz həllini tapdı.

Xatırladaq ki, "Kəpəz" Xorvatiyalı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!