Dəstək istədi: "… biz də özümüzü rahat hiss edək"

20 Yanvar 2023 11:20 Kəpəz 554
Dəstək istədi: "… biz də özümüzü rahat hiss edək"

"Kəpəz"in belaruslu müdafiəçisi Yeqor Xvalko gəncəli azarkeşlərə səslənib.

Sportinfo.az-a danışan legioner bildirib ki, komandanın Premyer Liqada qalması naminə yerli publikanın dəstəyinə böyük ehtiyac duyurlar:

"Azarkeşlərimiz ən pis havada belə, bizi dəstəkləməyə gəliblər. Biz də hər oyunda onları sevindirməyə çalışacağıq.

Fürsətdən istifadə edirək, onları "Qəbələ" ilə növbəti oyuna dəvət edirəm. Dəstəyinizə ehtiyacımız var.

Builki məqsədimiz Premyer Liqada qalmaqdır. Gəncəlilər tribunanı doldurmalıdır ki, biz də özümüzü meydanda rahat hiss edək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti