Tərlan Əhmədov bunu dedi: "Bizi qane etdi."

20 Yanvar 2023 02:00 Kəpəz 691
Tərlan Əhmədov bunu dedi: "Bizi qane etdi."

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov komandasının Antalya toplanışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Əhmədov bunları deyib:

"Təlim-məşq toplanışı normal qaydada, planlaşdırdığımız kimi getdi. Komanda 3 oyunda da uğurlu çıxış elədi.

Oyun keyfiyyəti bizi qane etdi. Bəzi məqamlarda zədələnən və xəstələnən futbolçularımız oldu. Bəzi oyunçuları tam yoxlaya bilmədik.

Ümumillikdə komanda normal hazırlıq keçdi. Oyunlar da göstərdi ki, komanda əvvəlki matçlara nisbətən daha keyfiyyətli çıxış etdi. Ümumi 3 oyunun hər birini komanda yüksək səviyyədə keçirib.

İkinci oyunumuz mübarizə şəraitində keçdi. Nə bizim nə də rəqibin qol epizodları oldu. Komandadakı istək, əzmkarlıq və birlik yüksək səviyyədədir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti