“Kəpəz” ölkəyə səs salmış futbolçu ilə müqavilə bağlayacaq

19 Yanvar 2023 21:20 Kəpəz 1 995
“Kəpəz” ölkəyə səs salmış futbolçu ilə müqavilə bağlayacaq

“Kəpəz-2” mövsümün ikinci yarısında iddiasını artırmaq niyyətindədir.

Birinci Divizionun ilk yarısını 23 xalla 4-cü pillədə başa vuran bölgə təmsilçisi qışdan sonra rəqiblər üçün baş ağrısına çevriləcək.

Rauf Əliyev, Elvin Yunuszadə və Əfran İsmayılov kimi sabiq milli üzvləri “Kəpəz”in əvəzedici komandasının uğurları üçün tər tökəcək.

Baş məşqçi Xaliq Mərdanov bununla kifayətlənmək fikrində deyil.

Belə ki, təcrübəli mütəxəssis vaxtilə “Xəzər Lənkəran”dakı çıxışları ilə yadda qalmış Elnur Cəfərovu düşərgəyə dəvət edib.

25 yaşlı yarımmüdafiəçi “Turan Tovuz-2” ilə yoldaşlıq görüşündə meydanda olub və baş məşqçi ondan razı qalıb.

Çempionatın ilk yarısını “Qaradağ Lökbatan”da keçirmiş əslən lənkəranlı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Peşəkar karyerasına “Xəzər Lənkəran”da başlayan Elnur Cəfərov sonradan “Neftçi”, “Keşlə” (indiki “Şamaxı”), “Sumqayıt-2”nin uğurları üçün tər töküb, Xorvatiya “Duqopolye”sində legioner həyatı yaşayıb.

Vaxtilə istedadı ilə ölkəyə səs salmağı bacaran “solaxay” əsas milli ilə yanaşı Azərbaycanın aşağı yaş qruplarından ibarət bütün komandalarının şərəfini qoruyub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti