"Kəpəz"dən “Kaysar”a 3…

18 Yanvar 2023 19:20 Kəpəz 1 116
"Kəpəz"dən “Kaysar”a 3…

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Kəpəz" sonuncu yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Qazaxıstan "Kaysar"I ilə qarşılaşıb.

Matç "Kəpəz"in 3:0 hesablı qələbəsiylə başa çatıb.

Gəncə təmsilçisinin heyətində Ahmed Ayzaya dubl edib. Digər qolu isə Mate Kvirkiya vurub.

"Kəpəz" Türkiyədə keçirdiyi əvvəlki matçlarda "MTK Budapeşt"i (Macarıstan) 1:0 hesabı ilə məğlub edib, Serbiyanın "Novi Bazar" klubu ilə 0:0 hesablı heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!