“Kəpəz” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçını keçirib.
Sportinfo.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Serbiyadan “Novi Pazar” ilə üz-üzə gəlib.
“Atlantis”də baş tutan görüşdə qapılara qol vurulmayıb.
Gəncəlilər Antalyadalı ilk oyunda “MTK Budapeşt”i (Macarıstan) 1:0 hesabı ilə məğlub etmişdi.
“Kəpəz” yanvarın 18-də daha bir oyun keçirəcək. Qərb təmsilçisi son sınaq matçında Qazaxıstan “Kaysar”ı ilə üz-üzə gələcək.

