İtalyan və deputat “Kəpəz”in Antalyadakı oyununda - FOTOLAR

15 Yanvar 2023 02:40 Kəpəz 888
İtalyan və deputat “Kəpəz”in Antalyadakı oyununda - FOTOLAR

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Kəpəz”in Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Macarıstandan “MTK Budapeşt” ilə yoxlama oyununu izləyənlər arasında olub.

Sportinfo.az xəbər verir ki, onunla yanaşı, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvləri, Premyer Liqadan olan klubların rəsmiləri və məşqçiləri də görüşü izləyib.

Həmçinin, Gəncə klubunun İdarə Heyətinin sədri İlqar Nadiri və üzvü, millət vəkili Müşfiq Cəfərov da bu oyunu canlı izləyiblər.

Matçdan sonra klub rəhbərliyi futbolçuları və məşqçilər korpusunu qələbə münasibəti ilə təbrik edərək, qarşıdakı oyunlarda komandaya uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!