Fərid "Kəpəz"ə macarlar üzərində qələbə gətirdi - VİDEO

14 Yanvar 2023 18:00 Kəpəz 1 082
Fərid "Kəpəz"ə macarlar üzərində qələbə gətirdi - VİDEO

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Kəpəz" ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "sarı-göylər" Macarıstanın "MTK Budapeşt" komandası ilə qarşılaşıb.

"Mirakl" təlim bazasının stadionunda oynanılan görüş Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 34-cü dəqiqədə Fərid Nəbiyev vurub.

"Kəpəz" Antalyada daha 2 sınaq matçında qüvvəsini sınayacaq. Azərbaycan təmsilçisi yanvarın 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!