Paytaxt təmsilçisinin yollarını ayırmağa hazırlaşdığı 7 futbolçu

14 Yanvar 2023 15:20 Kəpəz 593
Paytaxt təmsilçisinin yollarını ayırmağa hazırlaşdığı 7 futbolçu

“Çelsi” qış ​​və yay transfer pəncərələrində əsas heyəti yeniləməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi ayrılmağa qarşı olmayan 7 futbolçunu müəyyən edib.

Bunlar Hakim Zieş, Kai Havertz, Kristian Pulişiç, Kalidou Koulibali, Jorginjo, Sezar Azpilikueta və Pyer-Emerik Abameyanqdır.

Bu siyahıdan altı oyunçu icarəyə verilə və ya satıla bilər. İtalyan Jorginjo ilə “Çelsi” müqavilə müddəti bitdikdən sonra yayda yollarını ayırmağı planlaşdırır.

“Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu yerdədir. London komandası 18 görüşdə yeddi qələbə qazanıb, dörd dəfə heç-heçə edib və yeddi məğlubiyyətlə üzləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti