“Kəpəz”in Antalya toplanışına aparmadığı Mixeil Erqemlidze klub rəhbərliyinə xəbərdarlıq edib.
Gürcüstanlı hücumçu ölkəsində özünə yeni komanda tapmasa, Azərbaycana dönəcək.
Ötən mövsümü “Sabah”da keçirmiş forvard hazırda axtarış içindədir. 23 yaşlı legionerin Gəncə təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq.
Erqemlidze hələlik müqaviləsinin ikitərfli pozulmasına razılıq verməyib. O, bunun üçün 6 aylıq məvacibinin bəribaşdan ödənilməsini istəyir.
Əks halda, “Kəpəz”ə qayıdaraq, əvəzedici heyətdə çıxışını davam etdirəcək.
SPORTİNFO.AZ

