"Kəpəz" düşərgəsinə yeni legioner cəlb edib.
Gəncə təmsilçisi Sportinfo.az-ın yaydığı xəbəri rəsmi surətdə təsdiqləyib.
Salif Sisse ilə cari mövsümün sonunadək müqavilə bağlanacaq.
Seneqal kökənli hücumçu son olaraq Litvada çıxış edib. Fransa pasportu da daşıyan 31 yaşlı forvard bura gələ bilmək üçün“Hegelmann”la anlaşmasına xitam verib.
Ön xətt oyunçusu yaşadığı ölkədə «Le Manş», «Limoqes», «Luqon», DCMP, «Bellort», «Atletiko Marsel» və «Qranvill»lə yanaşı, Bolqarıstanda «Çarstvo» ilə «Botev»in formasını geyinib.
Bu keçid “Kəpəz” 5000 dollardan aşağı məbləğə başa gəlib.
Razılaşmaya əsasən, komanda Premyer Liqada qalarsa və o, minimum 4-5 qol vurarsa, 5 aylıq müqavilənin müddəti 1 illik uzadılacaq.

