Klub rəhbəri istefa xəbərini anons etdi - Onu hər an göndərə bilərəm

13 Yanvar 2023 14:40 Kəpəz 1 583
Klub rəhbəri istefa xəbərini anons etdi - Onu hər an göndərə bilərəm

Deyəsən, Premyer Liqada növbəti baş məşqçi istefası «Kəpəz»də qeydə alınacaq.

İdarə Heyətinin sədri İlqar Nadiri Tərlan Əhmədovu komandanın sükanı arxasından uzaqlaşdırmaq istəməsi barədə anons edib.

O, klub idarəçiləri ilə görüşdə 3 aydır iş başında olan çalışdırıcıdan narazılığını dilə gətirib.

Nadiri açıq şəkildə bildirib ki, Əhmədovun mövsümün ilk yarısında topladığı xalların sayı (12) gözləntilərindən xeyli aşağıdır və o, bu ilin əvvəlində keçiriləcək oyunlarda ciddi dəyişikliyin olacağına inanmır.

Sədr deyib ki, baş məşqçi ilə kollektivin əksər üzvləri arasında ciddi problemlər mövcuddur və əslində, onu bu gün də görəvindən ala bilər, sadəcə, tez-tez baş məşqçi dəyişikliyinin ictimai rəydə «Kəpəz»ə mənfi yanaşmanın formalaşmasından ehtiyatlanır.

Klubun bir nömrəli şəxsi vurğulayıb ki, yeni ildən sonrakı ilk turlara əsasən qərar verəcək və nəticələr yaxşılaşmasa, Tərlan Əhmədova qapını göstərəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti