Mahir Emrelinin bəxti açıldı – YENİ SÖHBƏT VAR…

12 Yanvar 2023 10:40 Kəpəz 2 807
Mahir Emrelinin bəxti açıldı – YENİ SÖHBƏT VAR…

Azərbaycan millisinin forvardı Mahir Emreli mövsümün ikinci dövrəsindən “Dinamo”nun əsas oyunçusu olacaq.

Sportinfo.az “index.hr” saytına istinadən xəbər verir ki, Zaqreb klubunun baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçu ilə bununla bağlı söhbət edib.

Çalışdırıcı Mislav Orşiçin İngiltərə klubu “Sauthempton”a transferindən sonra onun boşluğunu Emreli ilə doldurmaq fikrinə düşüb.

Bildirilib ki, Türkiyə klublarından təklif alan forvard baş məşqçi ilə söhbətdən sonra qalmaq qərarına gəlib.

Mahir Emreli “Dinamo”nun heyətində keçirdiyi 20 oyunda 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!