Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün Antalya toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun komandası Rumıniya təmsilçisi “Petrolul”la qarşılaşacaq.
Bakı vaxtilə saat 16:00-da start götürən oyun məhsuldar alınıb. “Turan Tovuz bu matçın yekununda 2:3 hesablı məğlubiyyətə üzülüb.
Tovuz təmsilçisinin heyətində Nazim Həsənzadə (5-ci dəqiqə) ilə Ayxan Quseynov (66-cı dəqiqədə penaltidən) fərqlənib.
"Turan Tovuz” yanvarın 13-də “Aarau”, 17-də isə Polşanın “Qurnik” klubları ilə də üz-üzə gələcək.

