"Şamaxı"nın Rauf Əliyevi heyətinə qatmaq cəhdləri hələ də mümkün olmur.
Xəbər vermişdik ki, bunda əsas maneə futbolçunun "Kəpəz"də aldığı 5000 manat aylıq maaşı "Şamaxı"dan da tələb etməsi idi.
Artıq təcrübəli oyunçu bu məsələdə güzəştə gedib. O, "şirlər"in 3000 manatlıq təklifə "hə" deyib.
Amma bununla da problem öz həllini tapmayıb. Milli komandanın sabiq forvardı indi də başqa şərtlərlə bölgə klubunu fikirləşməyə vadar edib.
İmzalanacaq müqavilənin müddətinin daha uzunmüddətli olması, qış təlim-məşq toplanışına bir qədər gec qoşulması kimi.
Bu isə "Şamaxı"nın məşqçilər korpusunun haqqlı narazılığına səbəb olub.
Düzdü, tərəflər arasında danışıqlar hələ də tam dondurulmayıb, lakin hazırda bu keçidinin baş tutmaq ehtimalı əvvəlki günlərlə müqayisədə çox aşağıdır.
XANOĞLAN / SPORTİNFO.AZ

