"İstəməzdik ki, pis vəziyyətdə qalaq" - KAPİTAN

9 Yanvar 2023 09:00 Kəpəz 767
"İstəməzdik ki, pis vəziyyətdə qalaq" - KAPİTAN

"Kəpəz" mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, "sarı-göylər"in kapitanı Tural Axundov toplanışı dəyərləndirib.

Müdafiəçi azarkeşləri sevindirmək istədiklərini bildirib:

“Antalyada yaxşı hazırlıq keçib daha güclü çıxış etməliyik. Komandaya yeni futbolçular da qoşulacaq.

Mövsümə pis başlamışdıq. İstəməzdik ki, azarkeşlərin önündə pis vəziyyətdə qalaq.

Mən gəncəli tərəfdarları yaxşı tanıyıram, onlar sona qədər komandaya dəstək olurlar. Belə də davam etsinlər. Biz də onlar üçün mübarizə aparacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!