AFFA-nın Gəncə futboluna kurator təyin etdiyi İsgəndər Cavadovun aylıq əməkhaqqısı eşidənləri təəccübləndirib.
O, hər ay «Kəpəz»dən 5000 manat məvacib alır.
«Neftçi»nin veteranı illərdir bu postu tutur. Qərb klubu Premyer Liqaya buraxılandan sonra onun da maaşı artırılıb.
Gördüyü iş? Heç bir şey. Cavadovun fəaliyyəti ayda, ildə bir dəfə toplantıya qatılmaq və bank kartını bankomata salıb pulu oradan çəkməkdən ibarətdir.
Kuratorun «Kəpəz»ə xeyiri yox, ziyanı var. Tərlan Əhmədov baş məşqçi vəzifəsinə məhz Cavadovun təqdimatı ilə gətirilib və indi də dizini döyür.
Millət vəkillərindən birinin xahişiylə Əhmədovu «Kəpəz»ə urcah edən keçmiş hücumçu bununla klubu bir-birinə vurub.
Yaşar Vahabzadənin yerinə gətirilən çalışdırıcı indi nə onu sayır və sözünü eşidir, nə də digər funksionerlərin.
SPORTİNFO.AZ

