“Onları razı salmalıyıq"

7 Yanvar 2023 02:10 Kəpəz 675
“Onları razı salmalıyıq"

Sportinfo.az xəbər verir ki, "Kəpəz"in futbolçusu Fərid Nəbiyev komandanın mövsümün ikinci yarısına hazırlığını dəyərrləndirib.

Yarımmüdafiəçi deyib ki, çempionatın ikinci hissəsində azarkeşləri sevindirmək istəyirlər:

"Bir müdət sonra təlim-məşq toplanışı üçün Antalyaya yolanacağıq. Fiziki hazırlığa daha çox üstünlük verəcəyik. Antalya da yoldaşlıq görüşləri də keçiriləcək.

Çempionat başlayandan sonra azarkeşləri sevindirmək istəyirik. Gəncəli tərəfdarlar çox çılğındır, hər oyun qələbə gözləyirlər. Oyunlarda stadiona yetərincə azarkeş gəlir, onları razı salmalıyıq”.

“Kəpəz” sabah Türkiyəyə yollanacaq. Gəncə təmsilçisi burada “MTK Budapeşt” (Macarıstan - 14 yanvar), “Novi Pazar” (Serbiya - 16 yanvar) və “Kaysar”la (Qazaxıstan - 18 yanvar) yoxlama görüşlərində qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti