Əhmədovun "qara siyahı"sına düşən gəncəli "Kəpəz"dən ayrıldı

6 Yanvar 2023 09:40 Kəpəz 1 487
Əhmədovun "qara siyahı"sına düşən gəncəli "Kəpəz"dən ayrıldı

"Kəpəz"də daha bir ayrılıq baş tutub.

Belə ki, komandanın 22 yaşlı müdafiəçisi Zahid Mərdanov klubu tərk edib.

Əslən Gəncədən olan arxa xətt oyunçusu Tərlan Əhmədovun "qara siyahı"sına düşən adlardan biri idi.

O, bu mövsüm cəmi 1 oyunda oynamaq imkanı qazanmışdı.

Artıq Mərdanovun yeni klubu da məlumdur. "Kəpəz"in yetirməsi mövsümün ikinci yarısını "Şamaxı"da keçirəcək.

Xatırladaq ki, Zahid "Kəpəz-2"nin baş məşqçisi, ötənlərin tanınan futbolçusu Xalid Mərdanovun oğludur.

Bir müddət əvvəl Tərlan Əhmədovun ata Mərdanovla da arasında mübahisə yaşanmışdı. Yəqin ki, Zahidin doğma rayonun komandasından ayrılmaq qərarı verməsində bu məqam da rol oynayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti