Premyer Liqa klubu baş məşqçiyə YENİ QADAĞA QOYDU!

4 Yanvar 2023 14:40 Kəpəz 1 489
Premyer Liqa klubu baş məşqçiyə YENİ QADAĞA QOYDU!

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri baş məşqçi Tərlan Əhmədova yeni qadağa qoyub.

Tapşırığa əsasən, çalışdırıcı bundan sonra ondan xəbərsiz futbolçuları cərimələyə və onlardan pul yığa bilməz.

Komandanın sükançısı nizam-intizam qaydalarını pozan oyunçuların hərəkətləri barədə əvvəlcə sədrə məlumat verməli, sonra isə toplanan vəsait klubun büdcəsinə keçirilməlidir. Əks halda, baş məşqçinin özü böyük cəriməyə məruz qalacaq

Problem ondadır ki, Əhmədov özündən cərimə sistemi tətbiq eləyib. O, hazırlıq prosesinə gecikən, yaxşı məşq etməyən, avtobusda telefonla danışan, məşqçilərə vaxtında cavab verməyən futbolçulara 25-50 manat civarında cərimə kəsib.

Baş məşqçi bu pulun yığılmasını Tural Axundova tapşırıb. Kapitan da öz növbəsində dəftər-kitab götürərək, cərimələrin qeydiyyatını aparıb.

Axundov komanda yoldaşlarının maaşlardan tutulan vəsaiti Tərlan Əhmədova təqdim edib. İlqar Nadiri bu hadisədən xəbər tutan kimi sükançını danlayıb və ona bir daha özbaşına iş görməməsini tapşırıb.

İdarə Heyətinin sədri çalışdırıcıya xatırladıb ki, o, komandadaxili nizam-intizam kodeksi hazırlayıb və cərimələr buna əsasən müəyyənləşir, həmin məbləğ də daha cibə getməməlidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti