“Təəssüf ki, bu gün büdcəmiz köklü dəyişikliklər etməyə imkan vermir”

3 Yanvar 2023 21:00 Kəpəz 1 276
“Təəssüf ki, bu gün büdcəmiz köklü dəyişikliklər etməyə imkan vermir”

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Səbail”lə oyundan (3:0) sonra Sportinfo.az-a verdiyi müsahibədə stadion problemini diqqətdə saxladığını və həll olunacağını bildirmişdi.

Şəhərin rəhbəri qeyd etmişdi ki, bu işlərdə kluba köməklik göstərəcək:

“İlk növbədə stadionu təmir etmək lazımdır. İnsanların rahatlığı üçün stadionda şərait olmalıdır.

Monitor yoxdur. Bəli, tablo, projektor, heç nə yoxdur.

Düzdür, meydanın vəziyyəti yaxşıdır. Amma şərait arzulanan səviyyədə deyil. Problemlər aradan qaldırılacaq.

Sözsüz ki, düzələcək. Özü də gəncəlilər futbolu çox sevir. Gəncədəki oyunlarda azarkeşlərin sayı da çox olur”.

Aradan artıq 2 ay keçib. Görəsən, yerli publika problemin aradan qalxmasını hələ nə qədər gözləyəcək?

Klubun İdarə Heyətinin sədri İlqar Nadiri sualımıza cavabında deyib:

“Hər kəs stadionun yaxşı vəziyyətdə olmasını istəyər. Biz özümüz də “Kəpəz”in adına yaraşan müasir standartlara cavab verən arena görməyi arzulayırıq.

Təəssüflər olsun ki, bu gün büdcəmiz köklü dəyişikliklər etməyə, yaxud yeni stadion inşa etdirməyə imkan vermir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti