Yığmanın sabiq müdafiəçisini, görün, nəyin üstündə “qara siyahı”ya salıblar!

3 Yanvar 2023 17:40 Kəpəz 1 253
Yığmanın sabiq müdafiəçisini, görün, nəyin üstündə “qara siyahı”ya salıblar!

Azərbaycan yığmasının sabiq müdafiəçisi Elvin Yunuszadənin “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovun “qara siyahı”sına düşməsinin səbəbi məlum olub.

Məşqlərin birində ayağından zədə alan arxa xətt oyunçusunün müalicə kursu keçmək üçün Bakıya yollanması çalışdırıcının xoşuna gəlməyib.

Hərçənd eks “Qarabağ”lı Gəncədən ayrılmazdan öncə həkim vasitəsilə Əhmədovla əlaqsə saxlayıb və ondan icazə alıb.

Olayın ən qəribə tərəfi odur ki, baş məşqçi bu zəngdən sonra rəsmilərlə görüşərək, Elvinin intizamsızlığa yol verməsini iddia edib və onu əvəzedici heyətə göndərdiyini bildirib.

1 il yaşıl sahələrdən uzaq düşmüş Yunuszadə mövsümlərarası fasilədə “Kəpəz”lə birillik müqavilə imzalayıb. O, Yaşar Vahabzadənin dönəmində əsas heyətə düşə bilirdi.

Baş məşqçi dəyişikliyindən sonra mövqelərini itirən müdafiəçiyə indi müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq təklif edilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti