"Kəpəz"də fanatların ümidlərini puç edən TRANSFER SİYAHISI

3 Yanvar 2023 23:40 Kəpəz 1 413
"Kəpəz"də fanatların ümidlərini puç edən TRANSFER SİYAHISI

Tərlan Əhmədov bir neçə təcrübəli oyunçu ilə yaşadığı qalmaqallara təxminən belə reaksiya vermişdi – “Biz gəncləşdirmə siyasəti aparmaq istəyirik”.

Bu açıqlamadan sonra yerli tərəfdarlar sevincək olmuşdu. Ki, uzun illərdən sonra yerli futbolçuların da Premyer Liqada şans qazanacağına ümid edirdilər.

Amma təcrübəli mütəxəssis ilk transferləri ilə onların ümidlərinin üzərindən xətt çəkmiş oldu. Belə ki, “Kəpəz_2”ni tamamilə unudan baş məşqçi hələki bütün transferləri kənardan edib.

Artıq heyətə qatılacağı dəqiqləşən 5 oyunçu var. Onlardan ikisi əcnəbidirsə, üçü isə digər klublarımızdan heyətə cəlb edilən yerlilərdi.

Və ən çox narahat edən məsələ odur ki, 5 futbolçudan heç birinin transferinə parlaq demək olmaz.

Belə ki, xorvatiyalı Mario Mustapiç azalır 3 aydı transfer edilib, amma hələ də 1 rəsmi oyuna beləçıxmayıb. Qolkiperin sənədlərində olan problem buna əsas maneədir. Qışdan sonra necə olacağı da qeyri-müəyyən olaraq qalır.

Digər legioner Juninyo Maranhense də bir neçə həftədir düşərgədədir. Əvvəlki formasından uzaq olan vinger bərpası ilə məşğuldur. Braziliyalı oyunçu mövsümün birinci yarısını cəmi 6 oyunda meydana çıxıb.

Yerlilərlə bağlı mənzərə də ürəkaçan deyil. Hələ “Keşlə”dən baş məşqçiyə tanış olan Xəzər Mahmudov son 1 ili zədəsinin müalicəsi ilə məğul olub. 22 yaşlı forvardın bu mövsüm cəmi 22 dəqiqə oynamaq imkanı olub.

Xəzər kimi İdris İnqilablı da zədədən yeni qayıdıb. Arxa xətt oyunçusu iki ilə yaxındı zədə səbəbindən yaşıl meydanlardan kənar düşüb. Zədədən təzə qayıdan 21 yaşlı futbolçu mövsümün birinci yarısında 18 dəqiqə meydana çıxmaq fürsəti qazanıb.

“Sabah”a məxsus olan, son 6 ayı “Şamaxı”da keçirən Abdulla Rzayev də daha ehtiyat oyunçu statusu daşıyıb. 20 yaşlı müdafiəçi 4 görüşdə 72 dəqiqə oynamaq imkanı əldə edib.

Göründüyü kimi, karyeralarının son ayları yeni transferlər barədə xoş danışmağa yer qoymur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti