"Kəpəz" batır, bu zat isə özünə, görün, nə qədər MAAŞ YAZIB!

1 Yanvar 2023 20:00 Kəpəz 1 759
"Kəpəz" batır, bu zat isə özünə, görün, nə qədər MAAŞ YAZIB!

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadirinin aylıq qazancı məlum olub.

Gəncədə özünə kiçik biznes quran iş adamı futbolda kifayət qədər pul əldə edir.

O, klubun idarəetməsinə iştirakına görə özünə 12 min manat əməkhaqqı yazıb. Bu vəsait AFFA-nın «Kəpəz»ə ayırdığı aylıq dotasiyaya daxildir.

Belə demək olarsa, İlqar Nadiri bölgə təmsilçisinin ən ödənişli nümayəndəsidir. «Kəpəz»də ondan çox məvacib alan yoxdur.

Komandanın düşdüyü vəziyyət isə buna tərs-mütənasibdir. Gəncəlilər Premyer Liqada qalmaq uğrunda mübarizədə aşkar autsayderlərdən sayılır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti