"Kəpəz" heyətini yeni legionerlə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi braziliyalı Alessandro Pinheiro Martins Juniorla müqavilə imzalayıb.
Sözləşməyə əsasən, 23 yaşlı yarımmüdafiəçi iki il komandanın formasını geyinəcək.
Oyunçu son olaraq Litvada "Babrunqas" klubunda çıxış edib.

