Azərbaycan klubunda bir iranlı qədər dəyər görməyənlər - Onları qınamaq olarmı?

30 Dekabr 2022 22:20 Kəpəz 963
Azərbaycan klubunda bir iranlı qədər dəyər görməyənlər - Onları qınamaq olarmı?

Tərlan Əhmədovun qışdan sonra “Kəpəz”də görmək istəmədiyi futbolçular sırasında olan Rauf Əliyev və Əfran İsmayılov inadkarlıq etməyə davam edir.

Hər iki oyunçu da son qəpik pullarına qədər verilməyincə komandadan getməyə razı deyillər.

Hətta mövsümün ikinci yarısını əvəzedici heyətdə keçirmək bahasına olsa belə.

Onların qərb təmsilçisi ilə anlaşmasının müddəti 2023-cü ilin iyun ayına kimidir.

Görürsən ki, kimlərsə bu hərəkətə görə futbolçuları qınamaq yolunu seçib. Məncə, doğru qınaq deyil.

Hər şeyi bir kənara qoyub, bircə fakta diqqət etmət yetərlidir ki, futbolçuların verdiyi qərara anlayış göstərəsən.

Söhbət Peyman Keşevarzinin Gəncə təmsilçisindən ayrılmasından gedir.

Hələ aylar əvvəl bilinirdi ki, iranlı legioner Tərlan Əhmədova lazım deyil. Amma o, nə əvəzedici komandaya göndərildi, nə də güldən ağır söz eşitdi. Məsələn, son 4 oyunda 1 dəqiqə belə oynamasa da ehtiyat skamiyada ona yer tapıldı. İranlı balasına...

Amma uzun müddət milli komandamızın şərəfin qorumuş, “Qarabağ” və “Neftçi” kimi klublarda parlaq karyera yaşamış Rauf Əliyev, Əfran İsamyılov kimi azərbaycanlı balalarına ilk fürsətdə hörmətsizlik olundu, əvəzedici komandaya göndərildi. Sonrakı açıqlamalar və əldə etdiyimiz məlumatlar da göstərdi ki, futbolçular çalışdırıcıya qarşı hər hansı ciddi intizamsızlıq halına yol verməyiblər.

Rauf deyil, Əfran deyil, mənəm, sizsiniz bu durumda nə edərsiniz? Təbii ki, mən də mənə hörmət etməyən bir baş məşqçinin yeni futbolçular gətirməsinə yol açmaq üçün onun arzularını həyata keçirməsinə izin vermərəm. Bir iranlıya etdiyi hörməti, diqqəti mənə göstərməyən məşqçiyə görə hümanist olmağa dəyməz.

Hə, böyük “Kəpəz” azarkeşinə, yaxşı “Kəpəz” rəhbərinə (Söhbət haqqında xoş sözlər eşitdiyimiz Müşahidə Şurasının rəhbəri İlqar Nadiridən gedir) görə yumşalmaq olar.

Ona da bilirsiz nə mane olur? Tərlan bəyin hər yerdə “gördünüz də sonda mən deyən oldu” kimi populist danışmaq ehtimalı.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti