"Kəpəz"dən ikinci transfer

29 Dekabr 2022 09:40 Kəpəz 2 324
"Kəpəz"dən ikinci transfer

«Sumqayıt»dan ayrılan Xəzər Mahmudov yeni klubu ilə anlaşıb.

22 yaşlı hücumçu bundan sonra «Kəpəz» üçün tər tökəcək.

Ötən mövsümün əvvəlindən «kimyaçılar»ın sıralarında yer almış gənc forvard Gəncə təmsilçisi ilə 5 aylıq müqavilə şərtlərini razılaşdırıb.

Qərb komandasının ondan əvvəl Abdulla Rzayevlə anlaşdığını xatırladaq.

Müqavilə ilə “Sabah”a məxsus olan, Premyer Liqanın ilk yarısında “Şamaxı”nın uğurları üçün tər tökən 20 yaşlı müdafiəçi ilə anlaşma əldə olunub və yaxın günlərdə anlaşma imzalanacaq.

Gəncəlilərin Abdullanı icarəyə götürəcəyi inandırıcı görünür, nəinki müqavilə bağlayacağı. Çünki “Sabah” bu futbolçunun gələcəyinə ümid bəsləyir.

U-21-ə də cəlb olunan Abdulla Rzayev çempionatın ilk yarısında “Şamaxı”nın heyətində 4 oyunda 72 dəqiqə forma geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti