“Mən Azərbaycana gəldiyimə görə qətiyyən peşman deyiləm”

25 Mart 15:15 Kəpəz 2 411
“Mən Azərbaycana gəldiyimə görə qətiyyən peşman deyiləm”

«Azərbaycan Premyer Liqasının səviyyəsi məni qane edir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in seneqallı legioneri Latir Fal deyib.

Portuqaliya vətəndaşlığı da daşıyan yarımmüdafiəçi çempionatda rəqabətin güclü olduğunu bildirib:

«Bura gəlməmişdən əvvəl çox məlumatlı deyildim. Hansısa gözləntim də yox idi.

Amma gərgin oyunlar keçdiyini deyə bilərəm. Maraqlı mübarizə görürük.

Mən Azərbaycana gəldiyimə görə qətiyyən peşman deyiləm. Burada çox şey mənim xoşuma gəlir.

Düzdür, zədə səbəbindən bəzən meydana çıxa bilməmişəm. Amma şans qazandığım vaxt komandama kömək üçün əlimdən gələni etmişəm və yenə də buna hazıram».

Ötən ilin avqustunda Azərbaycana gələn Fal Gəncə təmsilçisi ilə iki illik (1+1) müqavilə imzalayıb. Onun son klubu "Eştrela" (Portuqaliya) olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!