İtaliya Bakıdakı Avropa çempionatının təxirə salınmasını istədi

13 Mart 2020 13:54 Karate 670
İtaliya Bakıdakı Avropa çempionatının təxirə salınmasını istədi

İtaliya Cüdo, Karate və Döyüş Sənəti Federasiyası Bakıda keçiriləcək karate üzrə Avropa çempionatının təxirə salınmasını istəyib.

Sportinfo.az xəbər verir ki, federasiya prezidenti Antonio Espinos bu barədə açıqlama verib. O bildirib ki, koronavirusun sürətlə yayılması səbəbindən turnirin təxirə salınması düzgün qərar olar.

Qurum rəhbəri Beynəlxalq Karate Federasiyasına (WKF) məktub yazıb. O, WKF-nin müsbət cavab verəcəyinə ümid etdiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti