Şotlandlar Mərdəkanda məğlubiyyətdən qaçdı

14 Oktyabr 21:00 Milli komanda 1 321
Şotlandlar Mərdəkanda məğlubiyyətdən qaçdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələn yığma 3:3 hesablı heç-heçəyə razılaşıb.

"Liv Bona Dea Arena" stadionunda keçirilən matçda ev sahibi komandanın qollarını Xəyal Əliyev (7, 49-p.) və Şahin İbrahimov (79) vurublar.

Rəqibin heyətində isə Devid Uotson (33) Lyuk Qrem (44) və Semuel Klipp Hardinq (90+1) adlarını tabloya yazdırıblar.

Bu nəticədən sonra Rəşad Eyyubovun rəhbərlik etdiyi milli B qrupunda ikinci heç-heçəsinə imza ataraq, xallarının sayını 2-ə çatdırıb.

19:00.Azərbaycan (U-21) - Şotlandiya (U-21) 2:2
Baş hakim: Sayat Karabayev
“Dalğa Arena”

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 17:10 Çək və bizə göndər!
5 Noyabr 03:20 İrana qalib gəldik