“Belə olmasaydı da, bu, bizim üçün bəhanə ola bilməzdi”

22 Mart 01:10 Milli komanda 1 077
“Belə olmasaydı da, bu, bizim üçün bəhanə ola bilməzdi”

Haiti millisinin hücumçusu Fratsdi Pyero Azərbaycan yığması ilə keçiriləcək yoldaşlıq oyunundan öncə mətbuat konfransında iştirak edib.

Sportinfo.az AEK-də çıxış edən 29 yaşlı forvardın fikirlərini diqqətinizə çatdırır:

- Sabah qələbə qazanmaq istəyirik. Bilirik ki, çətin oyun olacaq. Çünki Azərbaycan millisi çox yaxşı komandadır. Bu matç dünya çempionatının seçmə mərhələsi öncəsi öz vəziyyətimizi dəyərləndirmək üçün yaxşı testdir.

- Uzaq məsafədən gəlməyiniz oyuna təsir edə bilər?

- Oyunçularımızın əksəriyyəti Avropada çıxış edir. Mən özüm Yunanıstanda oynayıram. Bizim Türkiyədə, Fransada çıxış edən futbolçularımız var. Belə olmasaydı da, bu, bizim üçün bəhanə ola bilməzdi. Ən yaxşı performansımızı ortaya qoymağa çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!