Arturo Vidal “İnter”də tibbi müayinədən keçəcək

12 Sentyabr 19:30 İtaliya 145
Arturo Vidal “İnter”də tibbi müayinədən keçəcək

“Barselona”dan ayrılmağa yaxın olan Arturo Vidal “İnter”lə müqavilə imzalamağa hazırlaşır.

Sportinfo.az xəbə verir ki, klub nümayəndələri 33 yaşlı oyunçu ilə müqavilənin detalları barədə razılığa gəlmək üçün görüşəcəklər.

Çilili yarımmüdafiəçinin 14 sentyabrda tibbi müayinədən keçməyə görə Milana gələcəyi gözlənilir.

Bundan əvvəl “İnter”in Vidalla illik 6 milyon avro maaş + bonuslar daxil olmaqla 2 illik müqavilə bağlayacağı bildirilmişdi.

Vidal “Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın onu növbəti mövsüm komandanın heyətində görmək istəmədiyi üçün Kataloniya klubu ilə müqaviləsinə xitam vermək niyyətindədir.

Xəbər Lenti
24 Oktyabr 21:10 “Sabah”la oynamayacaq
24 Oktyabr 16:00 Bunları niyə yazıram?
24 Oktyabr 15:04 Ronaldodan əl çəkmir