“Kəpəz”in formasını geyinməyə layiq deyildik” – Futbolçu belə olar!

4 Noyabr 2023 15:00 Kəpəz 1 014
“Kəpəz”in formasını geyinməyə layiq deyildik” – Futbolçu belə olar!

“Kəpəz” cari mövsümdə ardıcıl 10-cu oyunda qələbəyə həsrət qaldı.

İlk və son qələbəsini Premyer Liqanın 1-ci turunda “Neftçi” üzərində qazanan qərb təmsilçisi bu dəfə “Turan Tovuz”la matçda darmadağın oldu – 0:4.

Oyun başa çatandan sonra qərb derbisindən üzgün ayrılan azarkeşlərin narahatlığı anlaşılan idi.

Bir qismi hələ matçın gedişində stadionu tərk etsə də, təxminən 50 fanat hakimin final fitindən sonra futbolçuları tribunanın önünə səsləyib, onlardan hesabat tələb etdi.

Futbolçuların əksəriyyəti mətbuata müsahibə verməkdən imtina etdi. O cümlədən karyerası göz oxşayan Georgi Papunaşvili.

Gürcüstanlı yarımmüdafiəçi jurnalistlərə danışmaqdan imtina etsə də, böyük hesablı yenilgidən sonra “instagram” hesabında bir çox futbolçuların edə bilməyəcəyi mərdanə paylaşım edib:

“Bugünkü oyunla bağlı hislərimi bildirmək və məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm.

Bu gün heç bir futbolçu bu komandanın şərəfini qorumağa layiq deyildi.

Bircə onu deyə bilərəm ki, qarşıda bu çətin anda dəstəyinizə ən çox ehtiyac duyduğumuz çoxlu oyunlar var”.

Vaxtilə “Verder Bremen”, “Real Saraqosa”, “Rasinq” kimi komandaların şərəfini qorumuş 28 yaşlı futbolçu cari mövsümdə “Kəpəz”in heyətində meydana çıxdığı 5 oyunda 1 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti