“Neftçi”yə qol vurmağa çətinlik çəkirlər - Görəsən, niyə?

20 Yanvar 03:50 Sabah 962
“Neftçi”yə qol vurmağa çətinlik çəkirlər - Görəsən, niyə?

“Sabah” Azərbaycan Premyer Liqasında “Neftçi” ilə keçirilən ev oyunlarında qol vurmaqda çətinlik çəkir.

Sportinfo.az xəbər verir ki, bu komanda indiyə qədər çempionat çərçivəsində “ağ-qaralar”ı 10 dəfə qəbul edib və rəqib qapısından ümumilikdə 9 qol keçirib.

Bu isə orta hesabla hər matça 0,9 qol deməkdir. “Sabah”ın meydanında baş tutan 10 qarşılaşmanın 6-da “Neftçi” rəqibini məğlub edib.

2018-ci ildən bəri yaranan rəqabətdə “Sabah” doğma azarkeşlərinə cəmi 2 qələbə sevinci bəxş edib. İki qarşılaşmada isə bərabərlik qeydə alınıb. “Sabah”ın meydanında keçirilən matçların top fərqində də “Neftçi” üstündür – 15:9.

Premyer Liqanın XIX turu paytaxt təmsilçilərinin Premyer Liqa çərçivəsində ümumilikdə 22-ci dueli olacaq.

Buna qədər baş tutan görüşlərin cəmi 5-də qələbə qazanan “Sabah” 13 dəfə məğlub olub, 3 görüşdə isə qalib müəyyənləşməyib. “Neftçi”nin 33 qoluna “Sabah” cəmi 17 qolla qarşılıq verib.

Ancaq 2023/2024 mövsümünün ilk yarısında reallaşan hər iki qarşılaşmada “Neftçi” qələbə qazana bilməyib.

Mövsümün “Bank Respublika Arena”dakı birinci duelində qollu heç-heçə (1:1) qeydə alınıb. “Neftçi Arena”da isə qonaq komanda yeganə qol sayəsində rəqibini üstələyib – 1:0.

Yanvarın 21-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” qarşılaşması saat 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti