“Mən həmişə mövsüm ərzində məşqçi dəyişikliyinin əleyhinə olmuşam"

22 Aprel 01:30 İtaliya 237
“Mən həmişə mövsüm ərzində məşqçi dəyişikliyinin əleyhinə olmuşam"

Ən yaxşı illərini “Milan”da keçirən sabiq müdafiəçi Kafu cari mövsümdə baş verənləri şərh edib.

Sportinfo.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu, “Milan” rəhbərliyinin çempionatın ortasında baş məşqçi dəyişməməli olduğunu hesab edir:

“Mən həmişə mövsüm ərzində məşqçi dəyişikliyinin əleyhinə olmuşam. Hər bir mütəxəssisin bütün çempionat üçün nəzərdə tutulmuş öz proqramı var.

Mövsümün ortasında bunu yarımçıq qoymaq baş məşqçiyə qarşı yanlışdır”.

“Milan” cari mövsümə Paulo Fonseka ilə başlasa da, daha sonra onu həmyerlisi Serjio Konseysao əvəz edib.

Komanda hazırda A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Çempionatın başa çatmasına isə 5 tur qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!