“Mən dedim ki, əgər qol vursa, ona bəyəndiyi bahalı butsunu alacam“

22 Noyabr 2021 21:40 İtaliya 544
“Mən dedim ki, əgər qol vursa, ona bəyəndiyi bahalı butsunu alacam“

“Roma” “Ceno” ilə qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, “Roma”nın hər iki qolunu 18 yaşlı Feliks Afen-Qyan vurub.

Yarımmüdafiəçi sonradan meydana çıxıb. “Roma”nın baş məşqçisi Joze Mourinyo qol vuracağı təqdirdə futbolçuya buts alacağını deyibmiş:

“Mən Feliksə dedim ki, əgər qol vursa, onun bəyəndiyi butsu alacam. Bu buts çox bahadır, təxminən 800 avro. O, ilk qolu vurandan sonra yanıma qaçıb dedi ki, vədini yadından çıxartma.

Romaya qayıdan kimi ilk işim mağazaya baş çəkmək olacaq. Feliks bizimlə qalacaq. Onun qapı qarşısındakı sakitliyi məni təəccübləndirir.

Yüksək texnikası yoxdur, əvəzində güclü xarakteri var. Elə gənclər var ki, hər şeyi bildiklərini zənn edirlər. Onda isə belə deyil. O, böyük futbola sürətlə adaptasiya olunur”.

Digər Xəbərlər
Xəbər Lenti