"Dedi ki, mənim barəmdə bu sözləri deyənlərə qulaq asmayın"

8 Oktyabr 2021 15:40 İtaliya 477
"Dedi ki, mənim barəmdə bu sözləri deyənlərə qulaq asmayın"

“Milan”ın baş məşqçisi Stefano Pioli Zlatan İbrahimoviçlə ilk görüşü barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Zlatan “Milan”a 2020-ci ilin yanvarında qayıdıb.

Veteran dərhal da komandanın lideri oldu. Baş məşqçi də ona həmişə güvənib:

“İlk görüşümzdə mənə belə dedi: “Cənab, mənim yaxşı formada olmadığımı deyənlərə qulaq asmayın. Mən bura gəlmişəm ki, oynayım, siz də çalışdırasız”.

Sonrakı seçimdən asılı olmayaraq, İbrahimoviç uğur qazanacaq. O, futbolu mükəmməl başa düşür və həmişə düzgün qərarlar verir.

Oyunçular onu lider kimi görürlər. Zlatan da hər zaman hər kəsə kömək etməyə hazırdır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı