Paytaxt klubuna texniki məğlubiyyət verildi - Bir səhvə görə

23 Yanvar 01:38 İtaliya 584
Paytaxt klubuna texniki məğlubiyyət verildi - Bir səhvə görə

İtaliya İdman Məhkəməsi "Roma" klubunu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, ölkə kubokunun 1/8 final mərhələsinin "Spetsiya" ilə oyununda əvəzetmə qaydalarını pozan paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib.

Komanda sözügedən qarşılaşmada 5 əvəzinə, 6 oyunçu dəyişikliyindən istifadə edib. "Roma"nın futbolçusu Lorentso Pelleqrini bununla bağlı bir neçə dəfə baş məqçiyə xəbərdarlıq etsə də, heç bir nəticə verməyib.

"Spetsiya"ya 2:4 hesabı ilə uduzan "canavarlar" kubokda mübarizəni dayandırıb.

Xəbər Lenti