“Barselona”nı məhkəməyə verdi - 4 milyon avro təzminat tələb edir

1 Dekabr 2020 18:40 İspaniya 347
“Barselona”nı məhkəməyə verdi - 4 milyon avro təzminat tələb edir

Kike Setyen “Barselona”nı məhkəməyə verib.

Sportinfo.az xəbər verir ki, 62 yaşlı mütəxəssis Kataloniya klubundan təzminat almaq üçün bu addımı atıb.

Setyen bu ilin avqustunda “Barselona”dakı baş məşqçi postundan ayrılsa da, müqaviləsi rəsmi olaraq sentyabrda ləğv olunub. İspan çalışdırıcı Kataloniya klubundan 4 milyon avro təzminat tələb edir.

Setyen bu ilin yanvarından avqustuna kimi “Barselona”nı çalışdırıb. Kataloniya klubunun baş məşqçisi hazırda Ronald Kumandır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"