Levandovski “Barselona”ya çətinliklə qələbə qazandı - VİDEO

4 Sentyabr 2023 10:00 İspaniya 906
Levandovski “Barselona”ya çətinliklə qələbə qazandı - VİDEO

Barselona” İspaniya La Liqasının cari mövsümündə ardıcıl üçüncü qələbəsini qazanıb.

Sportinfoaz xəbər verir ki, Kataloniya klubu IV turda səfərdə “Osasuna”dan üstün olub - 2:1.

Hesabı 45+1-ci dəqiqədə Jül Kunde açıb. Lakin 76-cı dəqiqədə Çimi Avila hesabda tarazlıq yaradıb.

84-cü dəqiqədə Alexandro Katena birbaşa qırmızı vərəqə ilə meydandan qovularaq “Osasuna”nı azlıqda qoyub.

İki dəqiqə sonra penaltini dəqiq yerinə yetirən Robert Levandovski “Barsa”ya qələbə qazandırıb.

Dörd matçda 10 xal yığan “Barselona” “Jirona” ilə birgə 2-3-cü yerləri bölüşdürür. “Osasuna” altı xalla 10-cudur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"